Yuxarı
    Bağlamaq

    Skorsezenin 150 milyonluq yeni filmi Al Paçino və De Nironu "cavanlaşdıracaq"

    Filmdə Robert De Niro, Al Paçino və Co Peşini 30, 50 və 70 yaşlı insan kimi göstərmək üçün bahalı texnologiyadan istifadə edilməsi planlaşdırılır

    Bakı. 2 mart. REPORT.AZ/ Məşhur kinorejissor, aktyor, prodüsser və ssenarist Martin Skorsezenin yeni filminin büdcəsi aktyorların "cavanlaşma"sı üçün tələb olunan texnologiyadan istifadə ediləcəyinə görə 120-150 milyon dollar civarında olacaq.

    "Report" xarici KİV-ə istinadən xəbər verir ki, "İrlandiyalı" filmində Robert De Niro, Al Paçino və Co Peşi çəkiləcəklər.

    Film real hadisələrə əsaslanır və muzdlu qatil Frenk Şiran barədədir.

    "İrlandiyalı" filmində De Niro, Al Paçino və Peşini 30, 50 və 70 yaşlı insan kimi göstərmək üçün bahalı texnologiyadan istifadə edilməsi planlaşdırılır.

    Filmin hazırlıq prosesi uzun müddətdir davam edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi