Gənclər Günündə ilin aktrisası seçilib

Gənclər Günündə ilin aktrisası seçilib Musiqili Teatrın aktrisası mükafatlandırıldı
İncəsənət
2 Fevral , 2015 17:10
Gənclər Günündə ilin aktrisası seçilib

Bakı.2 fevral. REPORT.AZ/ Gənclər Günü münasibətilə Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gülüstan” sarayında gənclər balı keçirilib.

Bu barədə "Report"a Azərbaycan Dövlət Musiqili Teatrından məlumat verilib.

Bir sıra dövlət rəsmilərinin və millət vəkillərinin iştirakı ilə keçirilən bayram tədbirini açıq elan edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında Azərbaycan dövlətinin daima gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Sonra mükafatlandırma mərasimi keçirilib. Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Gültac Əlili teatr sahəsindəki uğurlu fəaliyyətinə görə "İlin gənc aktrisası” nominasiyasında mükafata layiq görülüb.

Yeri gəlmişkən, G.Əlili ötən il də Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı aktrisası” mükafatına layiq görülüb.

G.Əlili 2005-2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr” aktyorluğu fakültəsində təhsil alıb.

2007-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında artist-vokalist kimi çalışır.

Teatrda çalışdığı müddətdə “Seytanın yubileyi”, “Qısqanc ürəklər”, “Milyonçunun dilənçi oğlu” “İddialı qaraçı”, “Amerikalı kürəkən”, “Əlin cibində olsun”, “O olmasın, bu olsun” musiqili komediyalarında maraqlı obrazlar ifa edib. 

Son xəbərlər

Orphus sistemi