Yuxarı

Akademik Milli Dram Teatrında “Vəsiyyət” tamaşasının premyerası keçiriləcək

Tamaşanı Dilbər İsmayılova və Vüqar Məmmədov idarə edəcək

Bakı. 4 noyabr. REPORT.AZ/ Akademik Milli Dram Teatrının kollektivi 144-cü teatr mövsümündə yeni səhnə əsəri ilə tamaşaçılar qarşısında çıxış edəcək.

Teatrın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, noyabrın 5-də yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən “Vəsiyyət” tamaşasının premyerası keçiriləcək.

İki hissəli qara komediyanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Səhnə əsərində əməkdar artistlər Abbas Qəhrəmanov (Dövran), Münəvvər Əliyeva, aktrisa Ləman İmanova (Röya), əməkdar artist Mirzə Ağabəyli və aktyor Rövşən Kərimduxt (Bayram), əməkdar arstistlər Almaz Amanova (Zəhra), Sevinc Əliyeva (Ceyran), aktyorlar Rüstəm Rüstəmov (Pirim), Elçin Əfəndi (Samir), əməkdar artist Kazım Həsənquliyev (Elman), İlahə Həsənova və Fəridə Şahbazova (Delisay) əməkdar artist Aslan Şirin və aktyor Ramin Şıxəliyev (Timur) çıxış edirlər.

Tamaşanı Dilbər İsmayılova və Vüqar Məmmədov idarə edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi