Yuxarı

Akademik Milli Dram Teatrı yubiley tamaşası nümayiş etdirəcək

Xalq artisti Fuad Poladov Şah Qacar obrazını 40-cı dəfə oynayacaq

Bakı. 30 oktyabr. REPORT.AZ/ Noyabrın 7-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yubiley tamaşası nümayiş etdiriləcək.

"Report" xəbər verir ki, Akademik Milli Dram Teatrının ən uğurlu tamaşalarından olan yazıçı-dramaturq Əli Əmirlinin "Ağa Məhəmməd Şah Qacar" əsəri noyabrın 7-də 40-cı dəfə tamaşaçılara təqdim ediləcək.

Xatırladaq ki, hər nümayişi anşlaqla keçən tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatı əməkdar incəsənət xadimi, xalq artisti, Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemətə məxsusdur.

Tamaşanın bəstəkarı əməkdar incəsənət xadimi Səyavuş Kərimidir.

Ağa Məhəmməd Şah Qacar obrazını xalq artisti Fuad Poladov canlandırır.

"Şah Qacar" faciəsində rolları xalq artisti Laləzar Mustafayeva, əməkdar artistlər - Sabir Məmmədov, Kazım Abdullayev, Vidadi Həsənov, Məmməd Səfa, Ayşad Məmmədov, Elşən Rüstəmov və başqaları ifa edir.

Tamaşa ilk dəfə 2013-cü il iyulun 13-də oynanılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi