Yuxarı

Akademik Milli Dram Teatrı "Məktəb və teatr" layihəsini davam etdirəcək

Teatr, həmçinin, Gənclərin II Beynəlxalq Teatr Forumunda da iştirak edəcək

Bakı. 12 sentyabr. REPORT.AZ/ Akademik Milli Dram Teatrı "Məktəb və teatr" layihəsini yeni mövsümdə də davam etdirəcək.

"Report" xəbər verir ki, bir neçə il əvvəl Akademik Milli Dram Teatrı Təhsil Nazirliyi ilə birgə layihə həyata keçirməyə başlayıb.

Teatrda "Məktəb və teatr" layihəsi çərçivəsində Bakıda fəaliyyət göstərən 130-a yaxın məktəbin rəhbərləri ilə görüş keçirilib, teatr-məktəb münasibətlərinin daha sıx qurulması, məktəblilərin mənəvi tərbiyəsində teatr sənətinin rolunun artırılması üçün görülə biləcək müştərək işlər müzakirə olunub.

"Məktəb və teatr" layihəsi məktəblilərin teatra cəlb olunmasını, məktəblərdə teatr sənətinin təbliğini, həmçinin, məktəblərdə dram, qiraət dərnəklərinin təşkilini nəzərdə tutur. Bu səbəbdən layihə yeni teatr mövsümündə də davam etdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi