Yuxarı
    Bağlamaq

    Akademik Milli Dram Teatrı aktyorların məşqdən imtina etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

    Bayram tədbirini Mədəniyyət və Turizm Nazirliyi təşkil etdiyi üçün siyahını da onlar müəyyənləşdirir

    Bakı. 27 fevral. REPORT.AZ/ "Akademik Milli Dram Teatrının Dənizkənarı Bulvarda keçiriləcək Novruz Bayramı şənliklərində iştirak edəcək aktyorlarının məşqlərə nizamsız gəlməsi və tədbirdə iştirakdan imtina etməsi ilə bağlı yayılan xəbərlər yalandır. Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi siyahıda adları olan bütün akyorlar gündəlik məşqlərdə iştirak edirlər". Bu barədə "Report"a Akademik Milli Dram Teatrından bildirilib.

    Teatrdan o da bildirilib ki, Novruz bayramı şənliklərində bütün teatrlarla bərabər Akademik Milli Dram Teatrının kollektivi də fəal iştirak edir: "Hər il keçirilən tədbirlərdə teatrımızın gənc, orta və yaşlı nəslinə mənsub olan aktyorları çıxış edir. Bu il də istisna deyil. 2015-ci ilin Novruz bayramı şənliklərində yenə də Dədə Qorqud obrazını Milli Dram Teatrının aktyoru, xalq artisti Nurəddin Mehdixanlı ifa edəcək. Bundan əlavə, teatrımızın 35 nəfərlik aktyor heyəti bayram şənliklərinə qatılacaq. Məşqlər hər gün Dənizkənarı Bulvarda keçirilir. İlk gündən bütün aktyorlarımız məşqlərdə, digər həmkarları ilə bilrlikdə çıxış edirlər. Milli Dram Teatrının adını ləkələmək və belə yanlış xəbərləri yazmaq və yaymaq yolverilməzdir. Bayram tədbirini Mədəniyyət və Turizm Nazirliyi təşkil etdiyi üçün siyahını da onlar müəyyənləşdirir. Nazirliyin təsdiq etdiyi hər hansı sənədi müzakirə etmək düzgün deyil".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi