Yuxarı

Ağdam teatrında "Ağa Kərim xan Ərdəbili" tamaşasının premyerası olacaq

Səhnə əsəri aprelin 29-da tamaşaçılarına təqdim ediləcək

Bakı. 19 aprel. REPORT.AZ/ Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında Nəcəf bəy Vəzirovun "Ağa Kərim xan Ərdəbili" tamaşasının son məşqləri gedir.

Teatrın direktoru Məhəmməd Hüseynov "Report"a açıqlamasında deyib ki, aprelin 29-da yeni səhnə əsərinin premyerası keçiriləcək. 

Tamaşanın rejissoru və baş rolun ifaçısı Ağdam teatrının aktyoru Kərim Həsənovdur.

Səhnə əsərində teatrın aktyorları Xəyalə Xudatova, Suliddin Quliyev, Cəfər Əhmədov çıxış edəcək.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri Ağdamı işğal etdikdən sonra Ağdam Dövlət Dram Teatrı rayonun Quzanlı qəsəbəsindəki Mədəniyyət evində fəaliyyət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi