Afaq Məsudun “Sərçələr” hekayəsinin motivlərinə həsr edilən rəsm sərgisi keçirilir

Afaq Məsudun “Sərçələr” hekayəsinin motivlərinə həsr edilən rəsm sərgisi keçirilir Sərgi fevralın 1-nə qədər davam edəcək
İncəsənət
26 Yanvar , 2018 14:01
Afaq Məsudun “Sərçələr” hekayəsinin motivlərinə həsr edilən rəsm sərgisi keçirilir

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Gənclər Fondunun və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Rəssamlar Akademiyasının tələbələrinin yazıçı Afaq Məsudun “Sərçələr” əsərinin motivləri əsasında “Xəyalımın illustrasiyaları” adlı sərgisi açılıb.

"Report"un məlumatına görə, tədbiri giriş sözü ilə açan Gənc Psixoloqlar İctimai Birliyinin idarə heyətinin üzvü Aytac Abbasbəyli layihə barədə geniş məlumat verib, bir-birindən fərqli səhnələri ifadə edən bu tabloların bütövlükdə “Sərçələr” əsərinin tam görüntüsünü yaratdığını, sərgiyə toplanan izləyicilərin bu rəsmlərlə əsərə sanki vizual səyahət etdiyini bildirib.

Xalq rəssamı Arif Hüseynov ədəbiyyatın rəssamlıqla vəhdətinin maraqlı hadisə olduğunu və gələcəkdə A.Məsudun digər əsərlərinin də illustrasiyalarından ibarət sərgilərin təşkil olunmasının izləyicilərdə böyük maraq doğuracağını deyib: “Afaq Məsudun bir əsəri – onu eyni zamanda müxtəlif rəssamların ifadə etməyinə imkan yaradır. Bu gün burada sərgilənən əsərlər “Sərçələr” hekayəsinin yaratdığı müxtəlif səhnələrin toplusudur. Mən düşünürəm ki, rəssamların sayı nə qədər artsa da, bu əsərdən doğan səhnələrin sayı heç vaxt tükənməyəcək”.

Sonra Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimləri çıxış ediblər.

Daha sonra söz gənc rəssamlara verilib. Onlar əsəri təhlil edərək fikirlərini bölüşüblər.

Sərginin sonunda gənc rəssamlara sertifikatlar verilib, I, II və III yerin qalibləri seçilib.

I yerə Binnətova Kübra, II yerə Məmmədov İskəndər, III yerə Saatova Zöhrə layiq görülüb.

Qeyd edək ki, sərgi fevralın 1-dək Binəqədi Gənclər Evində davam edəcək.

Son xəbərlər

Orphus sistemi