Dərbənd Azərbaycan Dövlət Dram Teatrında "Ac həriflər" tamaşasının premyerası olub

Dərbənd Azərbaycan Dövlət Dram Teatrında "Ac həriflər" tamaşasının premyerası olub Tamaşanı gənc rejissor Er-toğrul Kamalov hazırlayıb
İncəsənət
23 İyul , 2015 10:48
Dərbənd Azərbaycan Dövlət Dram Teatrında  Ac həriflər tamaşasının premyerası olub

Bakı. 23 iyul. REPORT.AZ/ Dərbənd Azərbaycan Dövlət Dram Teatrında Əbdürrərim bəy Haqverdiyevin "Ac həriflər" tamaşasının premyerası olub.

Bu barədə "Report"a Dərbənd Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru Er-toğrul Kamalov məlumat verib.

Tamaşa keçmiş zamanla müasir dövrün oxşarlıq və fərqliliklərini əks etdirir.

Yeni tamaşada Dərbənd Azərbaycan Dövlət Dram Teatrının aktyor heyəti iştirak edir.

Tamaşanın quruluşçu rejissoru Ər-toğrul Kamalov, quruluşçu rəssamı, teatrın baş rəssamı Naidə Alimətova, rejissor köməkçisi Mədinə Hacıağayeva, musiqi tərtibatı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevaya məxsusdur.

Xatırladaq ki, Ər-toğrul Kamalov YUĞ Dövlət Teatrının aktyoru və rejissoru kimi çalışıb. Hazırda Dərbənd Azərbaycan Dövlət Dram Teatrının baş rejissorudur. 

Son xəbərlər

Orphus sistemi