Yuxarı

Gələn il Səməndər Rzayevin yubileyi keçiriləcək

Bu barədə mədəniyyət və turizm nazirinin I müavini Ədalət Vəliyev məlumat verib

Bakı.18 dekabr. REPORT.AZ/ Gələn il yanvarın 2-də görkəmli aktyor Səməndər Rzayevin 70 yaşı tamam olacaq. Bu münasibətlə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi təntənəli yubiley tədbiri keçirməyə hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə mədəniyyət və turizm nazirinin I müavini Ədalət Vəliyev məlumat verib.

O deyib ki, qarşıdan S.Rzayevin 70 illik yubileyi gəlir: "Yəqin ki, bayram günlərinə düşdüyü üçün bu barədə ətraflı yazılar yazılmayacaq. Sonra da bəziləri deyəcəklər ki, nazirlik S.Rzayevin yubileyini qeyd etmədi. Amma nazirlik artıq yubiley tədbirlərinə hazırlıq işləri görür. 2015-ci ildə S.Rzayevin 70 illik yubileyi təntənəli şəkildə qeyd ediləcək. Hələlik yubiley tədbirinin hansı aya təsadüf edəcəyini deyə bilmərəm. Amma yeni ildə S.Rzayevin yubileyi mütləq qeyd ediləcək".

Qeyd edək ki, Ə.Vəliyev 2015-ci ilin teatr yekunları haqqında danışarkən bu fikirləri bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi