Yüksək Texnologiyalar Parkı “AstroLabs” akseleratoru ilə əməkdaşlığa dair memorandum imzalayıb

Yüksək Texnologiyalar Parkı “AstroLabs” akseleratoru ilə əməkdaşlığa dair memorandum imzalayıb Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycanda ilk dəfə olaraq keçirilən beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fəaliyyət göstərən “AstroLabs” akseleratoru ilə birgə əməkdaşlığa dair memorandum imzalayıb.
İKT
29 Oktyabr , 2018 11:30
Yüksək Texnologiyalar Parkı “AstroLabs” akseleratoru ilə əməkdaşlığa dair memorandum imzalayıb
0 : 00
0 : 00

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycanda ilk dəfə olaraq keçirilən beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fəaliyyət göstərən “AstroLabs” akseleratoru ilə birgə əməkdaşlığa dair memorandum imzalayıb.

Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkından bildirilib.

Qeyd edilib ki, memorundum çərçivəsində birgə tədbirlərin keçirilməsi və Azərbaycanda fəaliyyət göstərən startapların Dubayda investorlarlar ilə görüşlərin təşkil edilməsi yönümdə işlər görüləcək, yeni bazarlara çıxmaq imkanları yaradılacaq.

Eyni zamanda, memorundum çərçivəsində Yüksək Texnologiyalar Parkı beynəlxalq əlaqələrini genişləndirib, yeni beynəlxalq akselerator proqramları ilə əməkdaşlıq etməyə təkan yaradacaq.

Son xəbərlər

Orphus sistemi