Yuxarı

​“Youtube”nin ödənişli musiqi xidməti oktyabrda istifadəyə veriləcək

Bu yenilik əvvəlki istifadəçilərin fəaliyyətinə heç bir əngəl törətməyəcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu ilin oktyabrından “Youtobe” izləyicilərinə reklamsız ödənişli musiqi xidməti təqdim edəcək. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu yenilik əvvəlki istifadəçilərin fəaliyyətinə heç bir əngəl törətməyəcək.

Yeni xidmət “Youtube”dən musiqi dinləmək məqsədilə istifadə edənlər üçündür. Xidmət bir stream musiqi kanalı olaraq təqdim olunacaq, reklam görüntüləri olmadan dinləyicilər maneəsiz mp3 musiqiləri yükləyə də biləcəklər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi