“YouTube”un istifadə qaydaları sərtləşdirilib

“YouTube”un istifadə qaydaları sərtləşdirilib Bakı. 16 yanvar. REPORT.AZ/ “YouTube” videohostinqinin rəhbərliyi həyat üçün təhlükəli çağırış (challenge) və zarafat (prank) yerləşdirməyə qadağa qoyub.
İKT
16 Yanvar , 2019 17:04
“YouTube”un istifadə qaydaları sərtləşdirilib

Bakı. 16 yanvar. REPORT.AZ/ “YouTube” videohostinqinin rəhbərliyi həyat üçün təhlükəli çağırış (challenge) və zarafat (prank) yerləşdirməyə qadağa qoyub.

“Report” xəbər verir ki, bu barədə belə videoların dərhal silinəcəyi bildirilən bloqda göstərilir: “Həyat üçün təhlükə yaradan challenge-ləri, təhlükəli vəziyyət təəssüratı yaradan, uşaqlarda ciddi həyəcan yaradan prankları qadağan etdiyimizi nəzərə çatdırmaq üçün istifadəçi göstərişlərini yeniləmişik”.

Hostinqin bloqunda “Tide” yuyucu toz olan kapsullarının çeynənildiyi “Tide Pod Challenge”, yanacaq mayeni üzərlərinə töküb yandırdığı və bunu videoya çəkdiyi “Fire Challenge” kimi kliplərə “YouTube”in bağlı olduğu diqqətə çatdırılır.

Bununla yanaşı, spam, zərərli proqram, porno kimi materialların linklərini də yerləşdirməyə qadağa qoyulur. Yeni qaydaları pozanlara xəbərdarlıq verilir. Üç xəbərdarlıq alanların hesabları silinir.

Son xəbərlər

Orphus sistemi