"Windows" əməliyyat sistemlərinin istehsalı dayandırılır

"Windows" əməliyyat sistemlərinin istehsalı dayandırılır Əməliyyat sistemini bir dəfə alanlar yeniləmələrlə növbəti versiyalardan da istifadə edəcəklər
İKT
12 May , 2015 10:08
Windows əməliyyat sistemlərinin istehsalı dayandırılır

Bakı. 12 may. REPORT.AZ/ Proqram təminatları istehsalçısı olan “Microsoft” Korporasiyası “Windows” əməliyyat sisteminin 10-cu versiyasını bazara çıxarmağa hazırlaşır. “Report”un “Al Jazeera”yə istinadən verdiyi xəbərə görə, həm planşet, həm kompüter, həm də telefon versiyası olan “Windows 10” bu adı daşıyan son əməliyyat sistemi olacaq.

Mövzuyla əlaqədar açıqlama şirkət rəsmilərindən olan Cerry Niksondan (Jerry Nixon) gəlib. O, şirkətin təşkil etdiyi tədbirdə “Windows 10”un "Windows"un son versiyası olacağını açıqlayıb. Növbəti versiyaların isə başqa yöndə inkişaf etdirilmiş versiyalar olacağını bildirib.

"Microsoft" növbəti dövrdə "Windows"u ayrı bir proqram kimi deyil, sadəcə xidmət olaraq təqdim edəcək. Bu sayədə əməliyyat sistemini bir dəfə alanlar yeniləmələrlə növbəti versiyanı da istifadə edə biləcək. Yeni əməliyyat sistemi bənzər bir şəkildə yenilənir. Yəni "Windows"un 7, 8 və 8.1 versiyalarını istifadə edənlər pulsuz olaraq "Windows 10"-a keçid edə biləcəklər. Analoji vəziyyətin gələcəkdə bazara çıxarılacaq əməliyyat sistemlərində də etibarlı olması gözlənilir. "Windows 10"-un xidmət olaraq nə vaxt istifadəyə veriləcəyi isə dəqiq açıqlanmır.

Son xəbərlər

Orphus sistemi