Yuxarı

“WhatsApp” və “İnstagram”ın adları dəyişdiriləcək

​“WhatsApp” və “İnstagram”ın adları dəyişdiriləcək

“WhatsApp” və “İnstagram” tətbiqetmələrin adına “Facebookdan” sözü əlavə ediləcək. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “The Information” nəşri məlumat yayıb.

Qeyd olunub ki, dəyişdirilən adlar Google Play Store və App Store mobil dükanlarında göstəriləcək. Bundan əlavə, yenilənmiş adlar bu iki tətbiqin içərisində də görünəcək.

Lakin mobil cihazların ekranlarında tətbiqlərin adları eyni qalacaq.

“Facebook” şirkətinin sözçüsü Berti Tomsonun sözlərinə görə, bu cür yeniliklər tətbiqetmələrin şirkətə mənsub olduğunu göstərəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi