Yuxarı

​"WhatsApp"la yeni virus yayılmağa başlayıb

WhatsApp istifadəçilərinin meyl ünvanlarına saxta e-poçt göndərilir

Bakı. 13 iyul. REPORT.AZ/ "WhatsApp"da səsli mesajınız var formasında gələn saxta e-poçt məsələsi yenidən aktuallaşıb.

“Report” xarici mediaya istinadən bildirir ki, bir müddət əvvəl “WhatsApp”ın ödənişli olacağına dair saxta mesajlar gəlirdi və sonradan bunun doğruluğu sübut olunmadı. 

Hazırda isə "WhatsApp" istifadəçilərinin "mail" ünvanlarına göndərilən saxta e-poçtun tərkibində “WhatsApp”dan gələn səsli mesajın olduğu bildirilir və mesajın dinlənilməsi tələb olunur. Bu keçidlə isə istifadəçi viruslu bir internet saytına istiqamətləndirilir. Bununla da sistemə yeni bir virus yazılmış olur. 

Qeyd edək ki, mövcud problem proqram ilk yaradılan vaxtlarda da istifadəçilər arasında yayılmışdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi