“Vodafone Ukraine”nin Müşahidə Şurası yenidən formalaşdırılıb

“Vodafone Ukraine”nin Müşahidə Şurası yenidən formalaşdırılıb Bir qədər əvvəl Azərbaycanın “Neqsol Holding”inin nəzarətinə keçmiş Ukraynanın 2-ci ən böyük mobil rabitə operatoru “Vodafone Ukraine” SC-nin Müşahidə Şurası yenidən formalaşdırılıb.
İKT
23 Yanvar , 2020 18:37
“Vodafone Ukraine”nin Müşahidə Şurası yenidən formalaşdırılıb

Bir qədər əvvəl Azərbaycanın “Neqsol Holding”inin nəzarətinə keçmiş Ukraynanın 2-ci ən böyük mobil rabitə operatoru “Vodafone Ukraine” SC-nin Müşahidə Şurası yenidən formalaşdırılıb. 

“Report” bu barədə şirkətin internet səhifəsinə istinadən xəbər verir. 

Məlumata görə, bununla bağlı qərar “Vodafone Ukraine”nin səhmdarlarının dekabrın 4-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib. Qərara əsasən, "Neqsol Holding”in menecerləri Şuraya seçilib. Onlar aşağıdakılardır: 

Rişad Əliyev  – 2017-ci ildən “Azerconnect” şirkətinin maliyyə direktorunun müavini, əvvəllər “Azerfon”un Mühasibatlıq və xəzinədarlıq direktoru

İmran Əhmədzadə - 2017-ci ildən “Neqsol Holding"in baş maliyyə direktoru, “Nobel Oil Services"in Direktorlar Şurasının üzvü

Yusif Cabbarov – 2015-ci ildən “Nobel Upstream” Direktorlar Şurasının üzvü, 2018-ci ildən “Neqsol Holding”in baş direktoru

Emin Kərimov – 2018-ci ildən “Neqsol Holding”in baş hüquq direktoru, daha əvvəl “PwC Azerbaijan”ın hüquq üzrə baş meneceri

Meric Tunc – 2018-ci ildən “Neqsol Holding” insan kapitalı üzrə baş direktoru, daha əvvəl “Samsung Elecrtonics”də eyni vəzifədə çalışıb.

“Neqsol Holding” “Vodafone Ukraine”nin səhmlərinin alınmasını ötən ilin dekabr ayında başa çatdırıb. Sövdələşmənin dəyəri 734 milyon ABŞ dolları təşkil edib. Müxtəlif ölkələrdə və sahələrdə 25 ildən artıq iş təcrübəsinə malik “Neqsol Holding” Azərbaycan, Ukrayna, Böyük Britaniya, ABŞ, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Banqladeş kimi ölkələrin neft-qaz, telekommunikasiya, high-tech, inşaat sektorlarında fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi