​Ümumdünya Poçt İttifaqı Azərbaycanın layihəsini təsdiqləyib

​Ümumdünya Poçt İttifaqı Azərbaycanın layihəsini təsdiqləyib "Poçtun toplanması və çatdırılmasının inkişaf etdirilməsi" adlı layihənin "Azərpoçt"un şəbəkəsində tətbiqi nəzərdə tutulur
İKT
12 Noyabr , 2015 11:38
​Ümumdünya Poçt İttifaqı Azərbaycanın layihəsini təsdiqləyib

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycanın Ümumdünya Poçt İttifaqının (ÜPİ) Katibliyinə təqdim etdiyi layihə Bern şəhərində (İsveçrə) ÜPİ-nin Administrativ Şurasının payız sessiyası çərçivəsində təsdiq edilib. Bu barədə "Report"a "Azərpoçt" MMC-dən məlumat verilib.

Belə ki, "Poçtun toplanması və çatdırılmasının inkişaf etdirilməsi" adlı layihənin "Azərpoçt"un poçt şəbəkəsində tətbiqi nəzərdə tutulur.

ÜPİ-nin bütün üzv ölkələrin nümayəndələrinin iştirak etdiyi tədbirin ilk həftəsində ÜPİ-nin Qəyyumlar Şurasının toplantıları keçirilib. Şuranın işində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, Şura ÜPİ-nin qurultaylararası fasiləsiz işini təmin edir, normativ, inzibati, qanunverici və hüquqi məsələləri öyrənir.

Son xəbərlər

Orphus sistemi