Yuxarı
    Bağlamaq

    "Twitter" terrorla əlaqəli 380 min istifadəçini blok edib

    Əkkauntların 74 faizi Twitterin şəxsi alətləri vasitəsi ilə aşkar olunub

    Bakı. 22 mart. REPORT.AZ/ "Twitter" sosial şəbəkəsi 2016-cı ilin II yarısı ərzində terrorçuluğun təbliği ilə məşğul olan 377 minə yaxın istifadəçini blok edib.

    "Report" xəbər verir ki, bu barədə sosial şəbəkənin hesabatında bildirilir.

    "2016-cı ilin 1 iyul - 31 dekabr tarixləri ərzində terrorçuluğun təbliğatı ilə əlaqəli pozuntulara görə 376 min 890 əkkauntun işi dayandırılıb", — deyə hesabatda qeyd olunur.

    Bununla belə, belə əkkauntların 74 faizi "Twitter"in spamlarla mübarizə üzrə şəxsi alətləri vasitəsi ilə aşkar olunub.

    Hesabatda, həmçinin bildirilir ki, 2015-ci ilin 1 avqustundan 2016-cı ilin 31 dekabrına qədər cəmi 636 min 248 əkkauntun fəaliyyəti əngəllənib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi