Yuxarı

"Twitter" Raul Kastro və Kuba Kommunist Partiyasının hesablarını bağlayıb

​"Twitter" Raul Kastro və Kuba KP-nin hesablarını bağlayıb

"Twitter" sosial şəbəkəsinin administrasiyası cümə axşamı günü Kuba Kommunist Partiyasının və onun Mərkəzi Komitəsinin birinci katibi Raul Kastronun hesablarını bağlayıb.

"Report" "RİA Novosti" yə istinadən xəbər verir ki, həmçinin siyasətçinin Kuba Milli Cinsi Tərbiyə Mərkəzinin direktoru olan qızı Mariela Kastronun da hesabı bloklanıb.

Kuba Xarici İşlər Nazirliyi bu hərəkətləri "həqiqətin müdafiəsində inqilabçıların bəyanatlarının məhdudlaşdırılması üçün aşkar razılaşdırılmış bir əməliyyat" adlandırıb. Jurnalistlər Birliyi isə hesabların bərpa olunmasını tələb edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi