Yuxarı

​Türkmənistanın ilk kosmik peykinin orbitə çıxarılma tarixi məlum olub

Peyk martın 30-da Kanavarel kosmodromundan orbitə buraxılacaq

Bakı. 14 fevral. REPORT.AZ/  ABŞ-ın “SpaceX” şirkəti martın 30-da Kanavarel kosmodromundan Türkmənistanın ilk “TurkmenAlem” kosmik rabitə peykini orbitə buraxacaq. Bu barədə ABŞ-ın Türkmənistandakı səfiri Allan Mastard deyib.

"Report" "TASS" informasiya agentliyinə istinadən xəbər verir ki, “Thales” və “SpaceX” şirkətləri ilə imzalanan sazişə əsasən, “TurkmenAlem” "Falcon 9” ikipilləli raketdaşıyıcısı vasitəsilə daimi geostasionar orbitə çıxarılacaq. İstismar müddəti 15 il olan peykin göyərtə aparaturası yerüstü radiostansiyaların siqnallarını qəbul edə, onları gücləndirə və yenidən digər yerüstü radiostansiyalara yayımlaya biləcək. Peyk Türkmənistan, Orta Asiya ölkələrini, İran, Türkiyə, Şimali Afrika və Avropanın böyük hissəsini yayımla təmin edəcək.

Qeyd edək ki, 2009-cu ildə ölkə prezidenti Qurbanqulı Berdıməhəmmədov internet və televiziyanın inkişafına impuls vermək məqsədilə milli kosmik rabitə peyki yaratmaq barədə qərarı qəbul edib. 2011-ci ildə Fransanın “Thales Alenia Space” şirkəti “Spacebus 4000” platforması əsasında aparatı layihələndirməyə başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi