Yuxarı

Türkiyənin region kanallarının "Azerspace-1" peyki üzərindən yayımına başlanılıb

Ümumilikdə, artıq 4 yeni kanalı izləmək mümkündür

Bakı. 3 iyun. REPORT.AZ/ Cənubi Qafqazın yeganə peyk operatoru olan Azərbaycanın “Azərkosmos” ASC ilə Türkiyənin bir neçə televiziya kanalı arasında kanalların yayımına dair müqavilə imzalanıb. "Azərkosmos" ASC-dən "Report"a daxil olan məlumata görə, müqaviləyə əsasən, Türkiyənin region kanalları - “Alanya TV”, “Zonguldak TV” və “Aras TV” kanalları, eləcə də “A Shopping TV” kanalı iyunun 2-dən “Azerspace-1” peyki vasitəsilə 11027/H/7500 tezliyi ilə yayımlanmaqdadır.

Qeyd edək ki, Türkiyədə geniş izləyici kütləsi olan adı çəkilən region kanallarında əsasən əyləncə xarakterli verilişlər, musiqi verilişləri, bədii, sənədli və cizgi filmləri, seriallar nümayiş olunur. Türkiyə, Rusiya, eləcə də Orta Asiyanın ən çox izlənilən e-ticarət telealış-veriş kanalı olan “A Shopping TV” isə digər peyklərlə yanaşı, artıq “Azerspace-1” peyki üzərindən də yayımlanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi