Yuxarı

Türkiyədə Ramazan ayında onlayn satışlar rekord həddə çatıb

Ən çox sifariş edilən yemək isə pizza olub

Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyədə Ramazan ayında internet üzərindən alış-verişdə rekord qırılıb. 16 mln. istehlakçı təxminən 4 mlrd. manatlıq alış-veriş edib.

“Report” xarici mediaya istinadən bildirir ki, ən çox sifariş edilən yemək isə pizza olub.

Bu dövrdə onlayn alış-verişdə 100% artım müşahidə olunub. Alıcılar xurma, zeytun və düyünü də internetdən alıblar. Onlar geyimlərdəki güzəştlərdən də yararlana biliblər. Bundan başqa, 10% endirim olan məhsulların satışı 50% artıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi