“Türkcell” zəlzələ ilə bağlı Azərbaycandakı abunəçilərinə yardım edib

“Türkcell” zəlzələ ilə bağlı Azərbaycandakı abunəçilərinə yardım edib Bakı. 6 fevral. REPORT.AZ/ Türkiyənin mobil operatoru - “Türkcell” şirkəti Azərbaycanda baş verən zəlzələ ilə bağlı abunəçilərinə limitsiz danışıq dəqiqlələri və internet verib.
İKT
6 Fevral , 2019 14:29

Bakı. 6 fevral. REPORT.AZ/ Türkiyənin mobil operatoru - “Türkcell” şirkəti Azərbaycanda baş verən zəlzələ ilə bağlı abunəçilərinə limitsiz danışıq dəqiqlələri və internet verib. 

“Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir. 

“Azərbaycanda baş verən zəlzələyə görə üzülürük. Zəlzələ zonasında müştərilərimizin təcili ehtiyaclarını qarşılamaları üçün limitsiz danışıq və internet vermişik. Keçmiş olsun”, - məlumatda qeyd olunub. 

Xatırladaq ki, ötən gecə Şamaxı, İsmayıllı, Lerik və Ağsu rayonları ərazisində ciddi dağıntılarla müşaiyət olunan zəlzələ baş verib. 

Son xəbərlər

Orphus sistemi