Yuxarı

"Türkcell" şirkəti "Azercell"i almaq istəyir

Bununla bağlı artıq TeliaSonera şirkəti ilə danışıqlara başlanılıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Türkiyənin aparıcı mobil rabitə operatoru olan "Turkcell" şirkəti pay sahibi (41,45%) olduğu "Fintur" şirkətinin (“TeliaSonera Eurasia") səhmlərinin tam alınması məqsədilə əsas səhmdar “TeliaSonera” (58,55%) ilə məsləhətləşmələrə başlayıb. “Report” Türkiyə KİV-inə istinadən bildirir ki, bunu şirkət nümayəndələri mətbuata açıqlayıb. 

Türkiyənin İKT xidmətləri bazarının analitiklərinin fikrincə, Qazaxıstan ("Kcell"), Azərbaycan ("Azercell"), Moldova ("Moldcell") və Gürcüstanda ("Geocell") fəaliyyət göstərən "TeliaSonera Eurasia"nın səhmlərinin dəyəri düşdüyü üçün "Turkcell"in bu addımı gələcək üçün çox qazanclı addım olacaq.

Qeyd edək ki, sözügedən şirkət dörd ölkənin ikisində bazar birincisidir, ikisində isə bazar ikincisidir. Belə ki, “Kcell” 10,8 mln. abunə ilə 231 mln. dollarla bazar birincisi, “Azercell” 4,2 mln. abunə ilə 101 mln. dollarla bazar birincisi, “Moldcell” 900 min abunə ilə 18 mln. dollarla bazar ikincisi, “Geocell” 2 mln. abunə ilə 23 mln. dollarla bazar ikincisidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi