Yuxarı

TASIM layihəsi "Türkmentel-2015" sərgi-konfransında təqdim olunacaq

Tədbirdə 20 ölkədən 100 şirkətin iştirakı gözlənilir

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycan sentyabrın 16-18-də Aşqabadda keçiriləcək “Türkmentel-2015” VIII beynəlxalq telekommunikasiya, telemetriya, informasiya texnologiyaları və teleradio avadanlığı sərgi-konfransında təmsil olunacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Report”a verilən məlumata görə, tədbirdə Trans-Avrasiya Superinformasiya Magistralının (TASIM) yaradılması üzrə işçi qrupunun rəhbəri Zaur Həsənov layihənin Asiya ilə Avropa arasında beynəlxalq telekommunikasiya trafikinin ötürülməsi, rəqəmsal fərqin qarşısının alınmasında rolu və bu marşrutun üstünlükləri haqqında məruzə ilə çıxış edəcək.

Tədbirdə 20 ölkədən 100 şirkətin iştirakı gözlənilir. Sərgi və konfransda texnoparklar, "ağıllı" ev, biznes kommunikasiyalar, elektron hökumət ilə bağlı mövzularda nümayişlər və təqdimatlar iştirakçıların diqqətinə çatdırılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi