​TASİM layihəsi Rusiyada müzakirə edilib

​TASİM layihəsi Rusiyada müzakirə edilib Qazaxıstan, Azərbaycan, Türkiyə ərazisindən keçərək Çin və Avropa arasında telekommunikasiya tranzit xətti tikiləcək
İKT
27 Fevral , 2015 12:51
​TASİM layihəsi Rusiyada müzakirə edilib

Bakı. 27 fevral. REPORT.AZ/ Moskvada Rusiyanın Rabitə Nazirliyində Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi müzakirə edilib.

“Report” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, görüşdə “Rostelekom” ASC, “TransTelecom” QSC və “MTS” ASC-ni təmsil edən nümayəndələr layihənin hazırkı vəziyyəti və gələcək perspektivlərini müzakirə ediblər.

TASİM layihəsi Avrasiya regionunu əhatə etməklə Qərbi Avropadan Şərqi Avropaya qədər uzanan, müasir magistral şəbəkəsinin çəkilişini nəzərdə tutur. Layihə çərçivəsində Qazaxıstan, Azərbaycan və Türkiyə ərazilərindən keçərək, Çin və Avropa arasında telekommunikasiya tranzit xəttinin tikilməsi planlaşdırılır. Həmçinin, Qazaxıstan və Azərbaycan arasında Xəzəraltı xəttin çəkilişi alternativ variant kimi mövcuddur. Tərəflər Rusiyanın layihədə rolu barəsində danışıqların davamının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, TASİM layihəsi haqqında bəyannamə 2008-ci il noyabrın 11-də Bakıda keçirilən Nazirlərin Regional görüşündə qəbul edilib.

Bununla yanaşı, layihə 2009-cu ildə kommunikasiya sahəsində fəaliyyət göstərən Regional Rabitə Administratorları Rəhbərləri Şurasının 41-ci iclasında müzakirə olunub. Layihə iştirakçıları müntəzəm olaraq görüşlər keçirirlər. Nəticə olaraq, iştirakçılar arasında bir sıra müqavilə və memorandumlar imzalanıb.

Son xəbərlər

Orphus sistemi