Sumqayıt abunəçiləri üçün yeni “Azercell Eksklüziv” açılıb

Sumqayıt abunəçiləri üçün yeni “Azercell Eksklüziv” açılıb Bakı. 13 mart. REPORT.AZ/ “Azercell Telekom” MMC yeni konsepsiyaya uyğun mağazalarının sayını paytaxt və regionlar boyu artırmaqda davam edir. 
İKT
13 Mart , 2018 12:27
Sumqayıt abunəçiləri üçün yeni “Azercell Eksklüziv” açılıb

Bakı. 13 mart. REPORT.AZ/ “Azercell Telekom” MMC yeni konsepsiyaya uyğun mağazalarının sayını paytaxt və regionlar boyu artırmaqda davam edir. 

Bu barədə “Report”a şirkətin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, “Azercell” 12 mart tarixində Sumqayıtda yeni konsepsiyaya uyğun Eksklüziv mağazasının açılışını edib. Sumqayıt şəhəri, 11-ci m/r, Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində yerləşən bu mağaza ən müasir avadanlıqla təchiz olunaraq yeni Nordic konsepsiyasına uyğun olaraq təşkil olunub. Mağazanın xüsusi özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satıcılar dəstək olur. Bu mağazada da “izahlı qaimə” və “addan-ada” əməliyyatları istisna olmaqla, digər müştəri xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar icra olunur. Burada abunəçilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Qeyd edək ki, Sumqayıtda fəaliyyət göstərəcək bu mağaza da həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 19:00-a qədər abunəçilərin ixtiyarına verilir.

Yeni ofisin açılış günündə “Azercell” müştərilərinə özəl hədiyyə olaraq daha bir endirimli kampaniyasını təqdim etdi. Belə ki, açılış günündə “Sumqayıt Azercell Eksklüziv” mağazasından alış-veriş edən müştərilər, xərclədikləri məbləğin düz 50% dəyərində hədiyyə əldə edə biləcəklər.

“Azercell Telekom” yaxın il ərzində yeni konsepsiyalı Eksklüziv mağazalarını ölkə boyu genişləndirərək abunəçilərə daha rahat və faydalı xidmət göstərəcək. 

Son xəbərlər

Orphus sistemi