“Starlink” peyklərinin orbitə buraxılma tarixi açıqlandı

“Starlink” peyklərinin orbitə buraxılma tarixi açıqlandı ABŞ-ın “SpaceX” şirkəti 60 ədəd “Starlink” mikropeykini orbitə çıxaracaq “Falcon 9” daşıyıcı raketinin buraxılmasını may ayının 7-dən 18-nə dəyişib.
İKT
5 May , 2020 18:27
“Starlink” peyklərinin orbitə buraxılma tarixi açıqlandı

ABŞ-ın “SpaceX” şirkəti 60 ədəd “Starlink” mikropeykini orbitə çıxaracaq “Falcon 9” daşıyıcı raketinin buraxılmasını may ayının 7-dən 18-nə dəyişib.

“Report” “Space Flight Now”a istinadən xəbər verir ki, daha əvvəl 4 may tarixinə təyin olunaraq sonra təxirə salınan bu əməliyyat Florida şəhərinin Kanaveral burnundakı fəza mərkəzində həyata keçiriləcək.

Qeyd edək ki, “Starlink” layihəsi alçaq orbitdə çoxlu sayda 500 kiloyadək kiçik rabitə peyklərini yerləşdirməklə dünyanın hər yerində, o cümlədən ən ucqar nöqtələrdə 5G rabitə texnologiyasına uyğun gələn 1 gB-lik geniş zolaqlı internet xidmətini təmin etməyi nəzərdə tutur.

“Starlink” şəbəkəsinin ilk 60 peyki 2019-cu ilin may ayında, ikinci qrupu oktyabr ayında, üçüncü, dördüncü, beşinci qrupları da bu ilin yanvar-fevral aylarında, son dəfəki isə 22 aprel tarixində fəzaya çıxarılıb.

Son xəbərlər

Orphus sistemi