Yuxarı
    Bağlamaq

    ​Sorğu: Smartfon əhəmiyyətinə görə dostlardan daha yüksək pillədə dayanır

    “Kaspersky Lab” şirkəti insanların telefonlarına nə qədər bağlı olduğunu öyrənib

    Bakı. 16 iyun. REPORT.AZ/ “Kaspersky Lab” şirkətinin sifarişi ilə Vürtsburq və Notingem Trent universitetlərində smartfon istifadəçilərinin yaxınlarına olan münasibəti öyərnilib.

    Şirkətin "Report"a daxil olan məlumatında deyilir ki, keçirilmiş eksperimentin iştirakçıları smartfonun onlara qohum və dostları daxil olaraq bir sıra insandan daha yaxın və dəyərli olduğunu bildiriblər. Belə ki, sorğu iştirakçılarının üçdə bir hissəsindən çoxu (37%) qeyd edib ki, telefon əhəmiyyətinə görə dostlarla eyni səviyyədə və ya onlardan daha yüksək pillədə dayanır. İştirakçıların 29%-i öz smartfonlarına valideynlərinə verdikləri qədər, 21%-i isə yoldaşlarına verdikləri qədər əhəmiyyət göstərir. Təəccüblüdür ki, iştirakçıların təxminən 17%-i etiraf edib ki, smartfon onlara insanlardan daha yaxındır, 1%-i isə qeyd edib ki, onların həyatında telefondan vacib heç bir şey yoxdur.

    Lakin bununla yanaşı, keçirilən eksperimentdə tədqiqatçılar aydınlaşdırıblar ki, telefona qarşı sevgi və bağlılıq hissi insanları onun təhlükəsizliyini təmin etməyə məcbur etmir. Sorğu iştirakçılarının 93%-i təşkilatçılara rahatlıqla telefonlarının PİN-kodunu təqdim edib və beləliklə, telefon yaddaşında olan bütün fərdi məlumatları risk altına atıblar.

    Vürtsburq Universitetinin mediapsixoloqu Astrid Karolus (Astrid Carolus) tədqiqat nəticələrini şərh edərək bildirib: “Telefonlar həyatımızın ayrılmaz hissəsidir və həyata keçirilmiş eksperiment bunu bir daha təsdiqlədi. Smartfonlara qarşı dostyana münasibətimiz göstərir ki, biz həddən artıq cansız obyektə bağlanırıq və onun bizim üçün insanlardan daha əhəmiyyətli olduğuna inanırıq. Buna görə PİN-kodu asanlıqla əldə etdiyimizə xeyli təəccübləndik. Eksperimentin məğzi ondan ibarət idi ki, biz insanları gözləmə otağında gözləməyə xahiş etdik, bir müddət sonra isə onlara yaxınlaşdıq və boylarını və telefon PİN-kodlarını soruşduq. İnsanların əksəriyyəti bu məlumatı bizə düşünmədən təqdim etdi. Bu cür vəziyyət narahatlıq doğurur, belə ki, analoji davranış bizim öz rəqəmsal dostlarımızı təhlükəyə atmağa hazır olduğunu göstərir”.

    “Kaspersky Lab”ın Rusiya Tədqiqat Mərkəzinin rəhbəri Yuri Namestnikov kibertəhlükəsizik baxımından eksperimenti belə qiymətləndirib: “Ötən il biz “Rəqəmsal amneziya” adlı tədqiqat keçirdik. Tədqiqatımızonu göstərdi ki, biz cihazlarımızda saxlanılan məlumatı unutmağa meylliyik. Bu dəfə eksperiment telefonlara qarşı güclü emosional bağlılığımızı təsdiq etdi. Qeyd etmək lazımdır ki, söhbət məhz smartfonlardan gedir, çünki eksperimentin nəticəsinə əsasən, insanlar noutbuk və oxşar şəxsi məlumat bazasına malik digər cihazları özündən daha uzağa yerləşdirirlər. Olduqca simvolik nəticədir, belə ki, smartfonlar həqiqətən də bizim tərəfdaşımızdır və daim əlimizin altındadır. Ola bilsin ki, məhz bu emosional əlaqə insanlara smartfonları müdafiə etməyə mane olur: onlar smartfonları özlərinin davamı kimi hiss edir və onların kibertəhlükələrə məruz qaldığını düşünmür”.

    Rəqəmsal cihazlarla ilə emosional əlaqə barədə daha ətraflı məlumat tapa bilərsiniz: http://media.kaspersky.com/pdf/KL_DigitalAmnesia_Relations.pdf.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi