"SmartTV Plus" xidmət tariflərini artırmayacaq

"SmartTV Plus" xidmət tariflərini artırmayacaq Ruslan Cəbrayıl: "Şirkət yaranmış iqtisadi vəziyyətlə bağlı çıxış yollarını araşdırır"
İKT
2 Fevral , 2016 15:05
SmartTV Plus xidmət tariflərini artırmayacaq

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanın kabel televiziyası operatoru olan “Şam” MMC (“SmartTV Plus” ticarət nişanı) milli valyutanın devalvasiyası səbəbindən xidmət tariflərini artırmayacaq.

“SmartTV Plus”un mətbuat katibi Ruslan Cəbrayıl “Report”a açıqlamasında bildirib ki, şirkət devalvasiya ilə bağlı yaranmış vəziyyətdən çıxış yolunu qiymətlərin artırılmasında görmür: “Şirkətimiz xidmət tariflərində artım və ya dəyişiklik etməyib. Hər zaman olduğu kimi, aylıq abunə haqqı 10 manat olan “SmartTV Plus”un yayım paketi 118 kanaldan ibarətdir. Onlardan 30-u HD yayıma aiddir”.

R.Cəbrayılın sözlərinə görə, hazırda şirkət rəhbərliyi dünya və ölkədə yaranmış iqtisadi vəziyyətlə bağlı çıxış yollarını araşdırır: "Baş verən devalvasiya ilə bağlı “SmartTV Plus” müştəri bazasını artırmağı qarşısına məqsəd qoyub. Bununla əlaqədar şirkət daxilində müzakirələr aparılır. “Yumşaq” qiymət siyasəti bizim üçün prioritetdir. Yəni müştərilərin maddi vəziyyəti nəzərə alınır. Televiziyanın xidmətlərindən istifadə edən abunəçilərin sayını artırmaq məqsədilə bu il də əlverişli satış və qoşulma şərtləri tətbiq ediləcək”.

Qeyd edək ki, əhatə dairəsinə görə Azərbaycanın iri rəqəmsal efir-kabel televiziyası operatorlarından biri olan “SmartTV Plus” dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi