Sentyabrda daha bir "ağıllı" saat satışa çıxarılacaq

Sentyabrda daha bir "ağıllı" saat satışa çıxarılacaq Bu, həm idman, həm də klassik üslubda istehsal edilən "Alcatel Onetouch" saatları olacaq
İKT
13 İyul , 2015 20:28
Sentyabrda daha bir ağıllı saat satışa çıxarılacaq

Bakı. 13 iyul. REPORT.AZ/ Smartfon istehsalçılarından biri olan “Alcatel” şirkəti də "ağıllı" saat istehsalına başlayıb. “Report” xarici mediaya istinadən bildirir ki, “Alcatel Onetouch” adlanan saatlar telefonu cibindən çıxarmadan istifadə etmək istəyən insanlar üçün əlverişli bir texnika olacaq.

Qayışın daxilinə yerləşdirilmiş USB çipi ilə "ağıllı" saat həm enerjini daha uzun müddət saxlayacaq, həm də istifadəçilərin qaçanda və ya yeriyəndə istərlərsə addımlarını sayacaq, yuxu qrafiklərinə nəzarət edə və xərclədikləri kalori miqdarını da müəyyən edə biləcək.

Həm idman, həm də klassik üslubda istehsal edilən saatlar müxtəlif rənglərdə poladdan hazırlanıb. "Ağıllı" saatları artıq sentyabr ayında satışa çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi