​Səhiyyə Nazirliyi yeni elektron xidmətlərin tətbiqinə hazırlaşır

​Səhiyyə Nazirliyi yeni elektron xidmətlərin tətbiqinə hazırlaşır Artıq ölüm haqqında tibbi şəhadətnaməni onlayn almaq mümkün olacaq
İKT
13 Fevral , 2015 16:20
​Səhiyyə Nazirliyi yeni elektron xidmətlərin tətbiqinə hazırlaşır

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan Səhiyyə Nazirliyi yeni elektron xidmətlərin tətbiqinə hazırlaşır. Nazirlik səhiyyə sahəsində elektron xidmətlərin sayını artırmaq niyyətindədir. 

“Report” xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən göstərilməsi nəzərdə tutulan bir sıra yeni elektron xidmətlər hələlik hazırlıq mərhələsindədir.

Bu mərhələdə olan elektron xidmətlərə “Həkim axtarışı”, “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat”, “Tibbi arayışların elektron registrindən məlumatların verilməsi”, “Ölüm haqqında tibbi şəhadətnamə”, “Elektron registrindən məlumatların verilməsi”, “Özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubunun verilməsi”, “Dərman vasitələrinin idxalına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə məşğul olmağa xüsusi razılığın verilməsi (lisenziya) üçün müraciətin və sənədlərin qəbulu”, “Xarici ölkələrdə tibbi təhsil və ya fəaliyyət göstərilməsi üçün müvafiq arayışın verilməsi məqsədilə müraciətin və sənədlərin qəbulu”, “Respublikadan kənarda müalicə alınması ilə əlaqədar müraciətin və sənədlərin qəbulu” daxildir.

Son xəbərlər

Orphus sistemi