"Samsung" yaddaş çiplərinin istehsalına 7 mlrd. dollar qoyacaq

"Samsung" yaddaş çiplərinin istehsalına 7 mlrd. dollar qoyacaq Bu vəsait 3 il ərzində istehsal imkanlarının genişləndirilməsinə yönəldiləcək
İKT
28 Avqust , 2017 14:08
Samsung yaddaş çiplərinin istehsalına 7 mlrd. dollar qoyacaq

Bakı. 28 avqust. REPORT.AZ/ "Samsung Electronics" şirkəti smartfon və digər qurğularda istifadə edilən fleş-yaddaş çiplərinin istehsalına yaxın 3 ildə 7 mlrd. dollar həcmində sərmayə qoyacaq.

"Report"un "Interfax"a istinadən verdiyi məlumata görə, istehsalat Çinin ərazisində baş tutacaq.

Şirkətin yeni layihə ilə bağlı yaydığı açıqlamada bildirilir ki, sərmayənin əsas hissəsi Şensi əyalətinin Sian şəhərində "Samsung"un istehsal imkanlarının genişləndirilməsinə yönəldiləcək.

"Samsung" 2017-ci ilin ilk rübündə fleş-yaddaş bazarında 41% paya malik olan qeyd-şərtsiz lider hesab edilir. Onun rəqibi - "Toshiba" isə bu bazarda 18% paya malikdir. Bundan başqa, Cənubi Koreya şirkəti dinamik yaddaş bazarının 41%-nə nəzarət edir.

Son xəbərlər

Orphus sistemi