Yuxarı
    Bağlamaq

    "Samsung"un son iki ildə ilk dəfə mənfəəti azalıb

    Bakı. 9 yanvar. REPORT.AZ/ Cənubi Koreyanın "Samsung" şirkətinin əməliyyat rüblük mənfəəti iki il ərzində ilk dəfə olaraq aşağı düşüb.

    “Report” xəbər verir ki, bu barədə şirkətin 2018-ci ilin IV rübü üzrə hesabatında deyilir.

    Şirkət bu dövr ərzində 9,6 milyard qazanıb ki, bu da 2017- ilin analoji vaxt kəsiyinə nisbətdə 28,7 faiz aşağıdır. Gəlirin aşağı düşməsinə "Samsung" mikrosxemlərinə tələbatın azalması və smartfon bazarında rəqabətin yüksəlməsi səbəb olub. Bu səbəbdən şirkət 2019-cu ilin ilk rübündə də azalma gözləyirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi