"Samsung" smartfonların satışına görə dünya lideri olub

"Samsung" smartfonların satışına görə dünya lideri olub Şirkət keçən rüb 71 mln.-dan çox "ağıllı" telefon satıb
İKT
10 Avqust , 2015 14:40
Samsung smartfonların satışına görə dünya lideri olub

Bakı. 10 avqust. REPORT.AZ/ Cənubi Koreyanın “Samsung” texnologiya şirkəti istehsal etdiyi smartfonların satışına görə dünya lideri olub.

“Report” xarici mediaya istinadən bildirir ki, “Samsung” nümayəndələrinin açıqlamasına görə, şirkət keçən rüb 71 mln.-dan çox smartfon sataraq, bu sektorda birinci olub.

Şirkət Orta Şərq, Afrika, Avropa, Asiya və Cənubi Amerika bölgələrində birinci olub, yalnız Şimali Amerika bölgəsində satışın həcmi “Apple” şirkətinin analoji göstəricisindən geri qalıb. 

Son xəbərlər

Orphus sistemi