Yuxarı

​"Samsung Galaxy A8"in ilk görüntüləri yayılıb

Metal çərçivəyə sahib telefon 140 qram ağırlığındadır

Bakı. 18 iyun. REPORT.AZ/ Orta səviyyə "Samsung Galaxy" ardıcıllığının yeni üzvlərinə aid ilk fotolar yayılıb. “Report” xəbər verir ki, "Nowhereelse.fr" vebsaytı brendin yeni telefonu haqqında ilk məlumat və fotoları yayımlayıb.

"Report" xəbər verir ki, “Galaxy A7”yə bənzəyən cihaz, metal çərçivəyə sahibdir və 157,7 x 76,7 x 5,9 mm ölçülərində və 140 qram ağırlığındadır.

Məlumatlar yayılmazdan əvvəl model haqqında yayılan iddialar artıq doğrulanmış sayılır. Qeyd olunduğu kimi, “Galaxy A8” 5,7 düymlük 1080 x 1920 Super AMOLED ekrana, səkkiz nüvəli "Snapdragon 615" prosessora, 2GB RAM, 16 meqapiksel kameraya, 5 meqapiksel ön kameraya, 3 050 mAh batareyaya və 16GB yaddaşa malikdir. "MicroSD" kart vasitəsilə genişlənməyi dəstəkləyən cihaz, "Android 5.1.1" ilə çalışır. Bununla yanaşı, yeni modeldə barmaq izi sensoru da var.

Yeni modelin ideal bir orta səviyyəli telefon olacağını bildirən mütəxəssislər yaxın günlərdə rəsmi təqdimat vaxtı açıqlanacaq qiymətinin də buna uyğun olacağını bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi