Yuxarı

​Azərbaycana daxil olan beynəlxalq giriş və çıxış trafikinin azalmasının səbəbi açıqlanıb

RYTN: Azerfon” və “Bakcell beynəlxalq çıxış trafikini naməlum kanallar vasitəsilə ötürür

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu ilin 9 ayında dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 111,4 mln. dəqiqə azalaraq 201,6 mln. dəqiqə, çıxış trafikinin həcmi isə 27,2 mln. dəqiqə azalaraq 70,9 mln. dəqiqə təşkil edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) "Report"a daxil olan məlumata görə, beynəlxalq giriş trafikinin azalmasının əsas səbəblərindən biri beynəlxalq təcrübəyə uyğun olaraq genişzolaqlı internet xidmətlərinin yüksək sürətlə inkişafı ilə əlaqədar səs trafikinin müəyyən hissəsinin internet üzərindən təşkili və çıxış trafikinin azalmasının əsas səbəbi isə “Azerfon” MMC və “Bakcell Ltd.” MMC tərəfindən beynəlxalq çıxış trafikinin S-12 beynəlxalq stansiyası üzərindən deyil, digər məlum olmayan kanallar vasitəsilə ötürülməsilə izah olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi