Yuxarı

Rusiyanın mobil operatoru Azərbaycanla danışıq tariflərini iki dəfə artırıb

İndi abunəçilər bir danışıq dəqiqəsi üçün 0,44 AZN ödəməli olacaqlar

Bakı. 2 sentyabr. REPORT.AZ/ Rusiyanın "VimpelCom" mobil operatoru Mərkəzi və Şimal-Qərb federal dairəsinin ərazisində bəzi "qonaq tarifləri"nin qiymətini artırıb.

"Report" xəbər verir ki, bu barədə şirkətin cümə axşamı dərc olunan məlumatında bildirilir.

MDB ölkələrinə "MDB ölkələri - 2013" tarifləri üçün zənglər bir neçə istiqamətlər üçün iki dəfə artırılıb. Belə ki, Azərbaycana zənglərin 1 dəqiqəsinin qiyməti 9 rubldan (0,22 AZN) 18 rubla (0,44) qədər artırılıb. Həmçinin abunəçilər Qazaxıstan, Gürcüstan və Qırğızıstan ilə 1 dəqiqəlik danışıq üçün 5 rubl deyil (0.12 AZN), 12 rubl (0.29) ödəməli olacaqlar. Eyni zamanda Belarusla da danışıq dəqiqəsinin tarifi 15 rubldan (0.37 AZN) 25 rubla (0.61) qədər bahalaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi