Yuxarı

"Rosatom"un nümayəndə heyəti Azərbaycana səfər edib

Qonaqlar Azərbaycan Milli Nüvə Tədqiqatları Mərkəzində görüşlər keçiriblər

Bakı. 11 noyabr. REPORT.AZ/ "Milli Nüvə Tədqiqatları Mərkəzi" (MNTM) QSC-də Rusiya Federasiyasının "Rosatom" Dövlət Korporasiyasının nümayəndə heyəti olub və bir sıra görüşlər keçirib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, "Rosatom" nümayəndə heyəti Milli Nüvə Tədqiqatları Mərkəzinin infrastrukturu ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıblar. Nümayəndə heyəti, həmçinin rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə tərəfindən qəbul edilib.

Nümayəndə heyətinin rəhbəri professor M.A.Litvinov "Rosatom" Korporasiyasının "Atom sahəsində beynəlxalq əməkdaşlığın inkişafı" döş nişanını MNTM-in sədri akademik Adil Qəribova təqdim edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi