Yuxarı

Riçard Şirer: "Bakcell" hazırkı iqtisadi vəziyyətin öhdəsindən rəqibləri ilə müqayisədə daha yaxşı gəlir

Müştərilərin sayı azalmayıb, sadəcə bəzi müştərilər xərcləri azaldıblar

Bakı. 16 fevral. REPORT. AZ/ "Bakcell" hazırkı iqtisadi vəziyyətin öhdəsindən rəqibləri ilə müqayisədə daha yaxşı gəlir. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakcell"in prezidenti Riçard Şirer bildirib. O qeyd edib ki, cari iqtisadi şəraitdə "Bakcell"in müştərilərinin sayı azalmayıb, sadəcə bəzi müştərilər xərcləri azaldıblar. 

"Müştərilərimizin əksəriyyətinin bir neçə simkartı var. Amma biz onların daha çox "Bakcell"ə vəsait xərclədiklərini müşahidə edirik", - R.Şirer əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi