​Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Ekspert Komissiyası yaradılıb

​Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Ekspert Komissiyası yaradılıb Komissiya lazımi sənədlərin dövlət, hüquqi, elmi və tarixi cəhətdən dəyərliliyinin ekspertizasını təşkil edəcək
İKT
26 Avqust , 2015 13:35
​Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Ekspert Komissiyası yaradılıb

Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Ekspert Komissiyası yaradılıb. Komissiya sənədlərin (elektron sənədlərin) dövlət, hüquqi, elmi və tarixi cəhətdən dəyərliliyinin ekspertizası, onların dövlət arxivinə təhvil verilməsi üçün seçilməsi, hazırlanması və bu sahədə metodiki və əməli işlərin təşkili və həyata keçirilməsi məqsədi ilə yaradılıb.

"Report"un RYTN-ə istinadən verdiyi xəbərə görə, Komissiyanın vəzifələrinə Nazirliyin Mərkəzi Arxivində olan sənədlərin (elektron sənədlərin) dövlət arxivinə təhvil verilmək üçün seçilməsi və hazırlanması məqsədi ilə bu sənədlərin (elektron sənədlərin) dövlət, hüquqi, elmi və tarixi cəhətdən dəyərliliyinin ekspertizasını dövlət arxivinin Ekspert-Yoxlama Komissiyasının tövsiyə və təlimatları əsasında təşkil etmək, dövlət arxivinə təhvil verilən sənədlərin (elektron sənədlərin) vəziyyətinin yoxlanılması, sənədlər və onlara əlavə olunan materiallar (aktlar, ümumi siyahılar, təsvirlər və s.) barəsində müvafiq tövsiyələr vermək, Mərkəzi Arxivdə saxlanılan və saxlanma müddəti qurtardığına görə məhv edilməli olan sənədlər haqqında məsələyə baxmaq və qərarlar qəbul etmək daxildir.

Mərkəzi Ekspert Komissiyasının funksiyaları sənədlərin (elektron sənədlərin) dəyərinin ekspertizası üzrə metodiki və praktiki işlərə, o cümlədən kargüzarlıq sənədlərinin təşkili (sənədlərin təsnifatı, işlərin nomenklaturasının tərtibi, onların arxivdə saxlanılması üçün hazırlıq işləri) məsələlərinə baxmaq, onları müzakirə etmək və bu təklifləri müzakirə edilməsi üçün dövlət arxivinin Ekspert-Yoxlama Komissiyasına təqdim etmək, dövlət tərəfindən saxlanılmalı olan və saxlanılmalı olmayan sənədləri (elektron sənədləri), kargüzarlıq üzrə təlimat layihələrini, işlərin nümunəvi nomeklaturunu, saxlanma müddəti göstərilməklə sənədlərin (elektron sənədlərin) siyahısını, dövlət arxivlərində saxlanılmağa verilən sənədlərin (elektron sənədlərin) siyahısını, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların ekspert komissiyaları haqqında standart qaydaları, o cümlədən kargüzarlıq sənədlərinin təşkili məsələləri üzrə normativ metodiki vəsaitlərin layihələrini, dəyərli sənədlərin (elektron sənədlərin) ardıcıl saxlanılması və istifadəsi ilə bağlı ekspertiza işlərini baxılmaq üçün Dövlət Arxivinə təqdim etmək və bir sıra digər məsələlərdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi