​Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron xidmətindən istifadə sayı 60% artıb

​Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron xidmətindən istifadə sayı 60% artıb Bu barədə Məlumat Hesablama Mərkəzinin statistikasında qeyd edilib
İKT
5 Oktyabr , 2015 12:19
​Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron xidmətindən istifadə sayı 60% artıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Sentyabr ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) bir elektron xidmətindən istifadə sayı avqust ilə müqayisədə 1,6 dəfədən çox artıb.

"Report"un RYTN-in Məlumat Hesablama Mərkəzinə istinadən verdiyi xəbərə görə, “Mobil nömrə daşınması xidməti vasitəsi ilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” elektron xidmətinin növbəti istifadə statistikasını açıqlayıb.

Statistikaya görə, sentyabrda adıçəkilən xidmətə 131 637 dəfə müraciət olunub.

“Elektron hökumət” portalından istifadədə olan bu e-xidmət vasitəsi ilə mobil nömrənin hazırda hansı mobil operatora daşındığı barədə məlumat əldə etmək mümkündür və bu xidmət abunəçiyə etdiyi zəngin dəyərini hesablamaq imkanı verir.

Son xəbərlər

Orphus sistemi