Yuxarı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daha bir idarəsi MMC-yə çevrilib

Nazirliyin Hərbiləşdirilmiş Mühafizə İdarəsinin təşkilati-hüquqi forması dəyişdirilib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hərbiləşdirilmiş Mühafizə İdarəsinin (HMİ) təşkilati-hüquqi forması dəyişdirilib.

"Report" nazirliyə istinadən xəbər verir ki, HMİ Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) olub.

Qeyd edək ki, Rabitə Nazirliyinin 09 sentyabr 1997-ci il 149 saylı əmri ilə yaradılmış Hərbiləşdirilmiş Mühafizə İdarəsi rabitə obyektlərinin mühafizəsini, yanğın təhlükəsizliyinə nəzarəti həyata keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi