Rabitə və yüksək texnologiyalar naziri Yevlaxda vətəndaşlarla görüşəcək

Rabitə və yüksək texnologiyalar naziri Yevlaxda vətəndaşlarla görüşəcək Ətraf rayonların sakinləri də qəbulda iştirak edə bilər
İKT
17 İyun , 2015 17:52
Rabitə və yüksək texnologiyalar naziri Yevlaxda vətəndaşlarla görüşəcək

Bakı. 17 iyun. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iyunun 19-da saat 11:00-da Yevlax rayonunda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır. Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Yevlax, Bərdə, Tərtər, Ağdam və Xocalı rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar üçün zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Son xəbərlər

Orphus sistemi