Yuxarı
    Bağlamaq

    Rabitə və yüksək texnologiyalar naziri Xaçmazda vətəndaşlarla görüşüb

    Onların müraciətləri telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələləri əhatə edib

    Bakı. 10 iyun. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Xaçmazda vətəndaşlarla görüş keçirib. Nazirlikdən "Report"a daxil olan məlumata görə, Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə Xaçmaz şəhərində keçirilmiş görüşdə Xaçmaz, Xızı, Siyəzən, Şabran, Quba, Qusar rayonları və Sumqayıt şəhərində yaşayan vətəndaşların müraciətləri dinlənilib.

    Müraciətlər əsasən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələləri əhatə edib.

    Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb. Nazir R.Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

    Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi