Yuxarı
    Bağlamaq

    Rabitə və yüksək texnologiyalar naziri Ucarda vətəndaşları qəbul edəcək

    Görüşdə Ucar, Zərdab, Kürdəmir və Ağdaş rayonlarının sakinləri iştirak edə bilər

    Bakı. 9 iyul. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iyul ayının 10-u saat 11:00-da Ucar rayonunda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır. Qəbulda Ucar, Zərdab, Kürdəmir və Ağdaş rayonlarının sakinləri iştirak edə bilər.

    Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

    Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi