Rabitə və yüksək texnologiyalar naziri Mingəçevirdə vətəndaşlarla görüşüb

Rabitə və yüksək texnologiyalar naziri Mingəçevirdə vətəndaşlarla görüşüb Mingəçevir Dövlət Universitetində yaradılmış Biznes İnkubator Mərkəzinin açılışı olub
İKT
7 Aprel , 2016 15:47
Rabitə və yüksək texnologiyalar naziri Mingəçevirdə vətəndaşlarla görüşüb

Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Ucar, Kürdəmir rayonlarından olan vətəndaşlarla görüş keçirib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Qəbulda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlərin əksəriyyəti yerində həllini tapıb və digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Sonra nazir Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması ilə bağlı görüş keçirib. Görüşdə bildirilib ki, Mingəçevir Yüksək Texnologiyalar Parkının potensial rezidentlərinin gələcəkdə istehsal edəcəkləri məhsulların rəqabətqabiliyyətli və ixracyönümlü olması məqsədi ilə bütün lazımi işlər görülür.

Daha sonra nazirliyin qərarı ilə regionlarda ilk dəfə olaraq Mingəçevir Dövlət Universitetində yaradılmış Biznes İnkubator Mərkəzinin açılışı olub.

Biznes inkubatorda formalaşacaq startaplar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşkilati və maddi dəstəyindən yararlanacaqlar.

Regionda intellektual biznesin inkişafına təkan vermək məqsədilə yaradılan mərkəz gənclərin innovativ ideyalarının kommersiyalaşdırılması, gənclərdə innovativ sahibkarlıq bacarıqlarının formalaşması, yeni-yeni biznes ideyalarının ortaya çıxmasına şərait yaradacaqdır. 

Son xəbərlər

Orphus sistemi