Yuxarı

​Rabitə və yüksək texnologiyalar naziri Sabirabadda vətəndaşlarla görüşüb

Nazir Sabirabad, Hacıqabul, Saatlı rayonları və Şirvan şəhərində yaşayan sakinləri qəbul edib

Bakı. 4 mart. REPORT.AZ/ Bu gün rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Sabirabad, Hacıqabul, Saatlı rayonlarında və Şirvan şəhərində yaşayan sakinləri qəbul edib.

“Report” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən bildirir ki, qəbulda vətəndaşlar əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

Nazir digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi