Yuxarı

​Rabitə və yüksək texnologiyalar naziri Mingəçevirdə vətəndaşlarla görüşəcək

Nazir aprelin 7-də Ağdaş, Göyçay, Ucar, Kürdəmir rayonları və Mingəçevir şəhərinin sakinlərini qəbul edəcək

Bakı. 4 aprel. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə aprelin 7-də saat 10:00-da Mingəçevir şəhərində Ağdaş, Göyçay, Ucar, Kürdəmir rayonlarında və Mingəçevir şəhərində yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

“Report” Nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyən vətəndaşlardan mincom@mincom.gov.az elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Zərurət yarandığı təqdirdə qəbula gəlmək istəyən vətəndaşlar üçün yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi